Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Azərbaycanın daşı ona görə ağır olub bəzi dövlətlərin başına düşüb ki…”

984
Paylaş:
“Azərbaycanın daşı ona görə ağır olub bəzi dövlətlərin başına düşüb ki…”

“Azərbaycanın daşı ona görə ağır olub bəzi dövlətlərin başına düşüb ki, torpaqlarını azad edib və durmadan inkişaf edir. Ən əsası isə Azərbaycan zəngin neft və qaz istehsal edən ölkəyə çevrildiyi üçün Avropa bazarlarında bəzi ölkələrlə rəqabət apara bilir”.

Bunu Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Vətən Müharibəsinin gedişi zamanı Almaniyada Azərbaycan əleyhinə mənfi nələrsə yazıb-pozmadılar: “Hətta alman mətbuatında Azərbaycan ordusunun rəşadətli davranışını, strategiyasını tərifləyən yazılar dərc olunurdu. Almaniyanın məşhur jurnallarından birində yazırdlar ki, kiçik bir ölkənin müharibədə dronlardan belə məharətlə istifadə etməsi və dronlar vasitəsilə indiyə qədər orduların əsas komponenti sayılan tanklara, ümumən zirehli texnikaya qarşı fərasətlə döyüşməsi XXI əsr müharibəsinin ən böyük nailiyyətidir. Lakin son dövrlər müşahidə edirik ki, bunların ağzı əyilib. Deyirlər ki, guya biz müharibədə ermənilərə qarşı çox kobud rəftar etmişik. II Dünya Müharibəsində almanlar öz düşmənləri ilə çox mehriban, dostcasına rəftar edirdilər?! Elə o vaxt da tanklar, avtomatlar, aviasiya qüvvələri var idi, indi də var. Tərəflər müharibədə hər zaman bir-birlərini məğlub etməyə çalışıblar. Biz 30 ildən çoxdur ki, işğal altında olan torpaqlarımızı azad etmişik və azadetmə prosesində bəzi məqamlarda düşmənlə qarşı-qarşı döyüşməmişik. Beləliklə, düşmək qorxusundan qaçıb getdiyi üçün, biz də onları təqib etmişik. Rəqəmlərə baxsaq, heç düşmənin elə böyük təlafatı da olmayıb. Biz ərazi bütövlüyümüzü təmin etmişik, BMT-nin 4 qətnaməsinin tələblərini yerinə yetirmişik və nəhayət beynəlxalq hüququn normalarını qoruyaraq sərhədlərin toxunulmazlığı prinsipini həyata keçirmişik”.

Q.Hüseynlinin fikrincə, Almaniyanın Azərbaycan barədə ikili standartlara yol verməsi onun erməni lobbisinin təsirinə məruz qaldığını göstərir: “Ümumiyyətlə, heç zaman Azərbaycan haqqında mənfi fikirdə olmayan Almaniya indi birdən-birə Azərbaycana qarşı kin-küdurətlə çıxış edir, Azərbaycan cəmiyyətini qaralayır, xüsusilə hərbi əməliyyatlarımızı tənqid atəşinə tutur. Burada, sözsüz ki, erməni lobbisinin rolu var: onlar Almaniya mətbuatını ələ alaraq Azərbayacan əleyhinə təbliğat kampaniyası aparırlar. Rusiya televiziyasının başçısı Marqarita Simonyan Almaniyada təşkilat qurub, ermənilər onun vasitəsilə lobbiçilik fəaliyyəti həyata keçirirlər. Beləliklə, onlar Avropada ictimai rəyi ermənilərin xeyrinə, azərbaycanlıların eleyhinə çevirmək üçün təbliğat aparırlar”.

Politoloqun sözlərinə görə, Almaniyanın xanım kanslerindən əvvəlki kansler hazırda rusların xeyirinə kitab yazır, Rusiyanın təbii qazını Avropada təbliğ edir: “Sözsüz ki, ruslar da bunun qarşılığında cənab Gerhard Şröderə ciddi məbləğdə pul verirlər. Yəni təbiət etibarilə pul hərisi olan Şröder rusların qulluğunda dayanır”.

Qabil Hüseyli həmçinin əlavə edib ki, son dövrlər Azərbaycanın Avropa bazarlarına daha çox təbii qaz çıxarması məsələsi bir sıra dövlətləri narahat edir: “Məhz bu səbəbdən ermənilər və ruslar Avropada kimi ələ ala bilirlərsə, Azərbaycana qarşı təbliğat kampaniyasına qoşurlar. Azərbaycan TANAP layihəsi vasitəsilə İtaliya, Serbiya, Albaniya, İspaniyaya qədər Avropanın bir sıra ölkələrini qazla təchiz edə bilər. Hazırda çalışırıq ki, Türkmənistan, lazım gələrsə, Özbəkistan qazını da TANAP layihəsinə qoşaraq perspektivləri artıraq. Türkmən xalqının özünün çox yaxşı yaşamadığı halda, Rusiya hazırda türkmən qazından pul qazanır. Yəni bu gün Avropanı qazla təchiz edən Rusiyadır. Rusiya bunun vasitəsilə milyardlarla dollar vəsait əldə edir və qonşularını təhdid edir. Belə bir vəziyyətdə Azərbaycanın Avropa bazarlarında rus qazı ilə rəqabət aparmaq imkanı əldə etməsi Rusiyanı olduqca çox narahat edir. Tovuzda ermənilərin hücumu zamanı Bakı-Tbilisi- Ceyhan neft kəmərinin, eləcə də TANAP qaz kəmərinin sıradan çıxarılması planı da rusların təşkilatçılığı ilə qurulmuşdu. Avropa bazarından bizi bu şəkildə uzaqlaşdırmaq istəsələr də, Azərbaycan ordusu bu planın qarşısını aldı. Yəni Rusiya çox yaxşı başa düşür ki, Azərbaycan Avropa bazarlarında həm neft, həm də qaz ixracı sahəsində onun ciddi rəqibinə çevriləcək”, deyə politoloq fikrini tamamlayıb.

Nəzrin Cavid  

Paylaş:

Ən son xəbərlər