Bir sıra siyasi partiya lideri və ictimai xadimlər Prezident Admnistrasiyasına və digər dövlət qurumlarına professor Cəmil Həsənliyə və ailə üzvünə qarşı törədilən, "video" cinayətkarlığına aydınlıq gətirilməsini, göstərilən rəzil cinayətin təşkilatçı və icraçılarının ən tez bir zamanda tapılıb cəzalandırılması məzmununda müraciət ünvanlayıblar. Müraciətə cavab olaraq bildirilib ki, bu cinayətdə hər hansı dövlət orqanının iştirakından qəti şəkildə söz gedə bilməz, əksinə, bu hadisə dövlətə və iqtidara qarşı, xüsusən müxalifət iqtidar münasibətlərinin normallaşması və taməhatəli siyasi dialoq kursuna qarşı genişmiqyaslı təxribat hesab edirilir. Bəs Azərbaycanda hakim partiya olan YAP-ın deputatlarının buna münasibəti necədir? Mövzu ətrafında Bakupost.az -a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, dövlətin adını hallandırmağın heç bir əsası yoxdur:
“İqtidar-müxalifət münasibətləri konteksində bu məsələyə qiymət vermək kökündən yanlışdır. Azərbaycan dövlətinin qarşısında çox vacib məsələlər var. Bu işğaldan azad olunmuş torpaqlarımızın bərpası, yenidənqurulması ilə bağlıdır. Dövlətin, dövlət rəhbərinin gündəliyini müəyyən edən məsələlər bunlardır. Bu gün Ermənistanda revanşizm hissi ilə yaşayan qüvvələr var. Hakimiyyətə gəlib Azərbaycanla münasibətləri yenidən gərginləşdirmək istəyən dairələr var. Almaniyadan Azərbaycana təzyiqlər artıb. Bu kimi həllini gözləyən çox vacib məsələlər var. Eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərə əhalinin köçürülməsi məsələsi də var. Belə olan halda dövləti ittiham etmək, məsələləri ucuzlaşdırmaq lazım deyil. Bu məsələlərə ümumiyyətlə, qarışmaq istəmirəm, onların öz şəxsi işidir. Hər kəs əxlaqi davranış səviyyəsində özünü göstərir. Bu kimi məsələlərlə dövləti ittiham etmək heç bir məntiqə sığışmır və qərəzlidir. Bu, Azərbaycanı istəməyən dairələrin uydurmasından başqa bir şey deyil”.
Deputat Naqif Həmzəyev isə bu cür videoların çəkilib, yayılmasını pisləyib: