BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat müşahidə şuralarının yaradılmasından danışdı

“Azərbaycan Prezidentinin sərəncamları ilə nəqliyyat sektorunda fəaliyyət göstərən iri dövlət müəssisələri - “Azərbaycan Hava Yolları”,  “Azərbaycan Dəmir Yolları” və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətlərində və eləcə də “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətdə müşahidə şuraları yaradıldı. Qeyd edək ki, əsas dövlət şirkətləri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləndən sonra həmin qurumlarda müşahidə şuralarının formalaşdırılması həyata keçirilir. Şuralar sözügedən qurumların fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirəcəklər”. 

Pravda.az xəbər verir ki, bu sözləri iqtisadçı-alim Vüqar Bayramov deyib.

Deputat hesab edir ki, əsas məqsədi həmin qurumların fəaliyyətlərində səmərəliliyin artırılması olan müşahidə şuralarının yaradılması iqtisadi islahatların bir elementi kimi xarakterizə olunmalıdır:

“Beynəlxalq məsləhətçi şirkət cəlb etməklə həmin müəssisələrin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin 6 ay müddətində diaqnostikası aparılacaq və növbəti 2 ayda onların yeni nizamnamə və strukturun layihəsi hazırlanacaq. Göründüyü kimi, iri dövlət müəssisələrin idarəedilməsində yeni mərhələ başlayır. Sözügedən müəssisələr nəqliyyat sektorunda aparıcı qurumlardır. Bu baxımdan onların fəaliyyətinin daha səmərli təşkil edilməsi həmin sektorun inkişafının dayanıqlığı baxımdan vacibdir”.

Millət vəkili bildirib ki, “Azərbaycan Hava Yolları” (AZAL) fəaliyyəti ilə bağlı ən vacib gözləntilərdən biri də təyyarə biletlərinin qiymətinin azaldılmasına nail olunmasıdır:

“Təyyarə biletlərinin qiymətinin yüksək olması ölkəyə gələn turistlərin sayına birbaşa təsir edir. Təbii ki, pandemiya dönəmində əcnəbi turistlərin sayı obyektiv səbəblərdən azalıb. Amma post-pandemiya dövründə daha çox istiqamətlərdə büdcə ucuşlarının sayının artırılması, eyni zamanda bilet qiymətlərinin aşağı salınması prioritet məsələlərdən olmalıdır.  Turizmin inkişafı keyfiyyətli və aşağı qiymətli ucuşların sayından da birbaşa aslıdır.

Bütövlükdə, yeni dövr islahatlarda əsas strateji priortet məhz dövlət mülkiyyətində olan müəssisələrdə korporativ idarəetmənin formalaşması və inkişafı olacaq”.

Tarix: 30 Mart 2021, 18:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin