DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan - Serbiya matçında 2-ci qol vurulub.
Pravda.az-ın məlumatına görə, 59-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Emin Mahmudov hesabı bərabərləşdirib - 1:1.
Millimiz Serbiya ilə matçda hesabı bərabərləşdirdi - YENİLƏNDİ
***
Azərbaycan və Serbiya milli komandaları arasında DÇ-2022-nin seçmə mərhələsinin A qrupunun III tur matçı başlayıb.
Pravda.az-ın məlumatına görə, qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilir.
Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya seçməsi bu gün səfərdə Lüksemburqla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.