Avropanın Rusiyadan enerji aslılığını aradan qaldırmaq üçün ABŞ-ın apardığı siyasət İttifaqın güclənməsinə və Moskvadan aslılığına son qoymasına əsaslanır. Son 15 il ərzində Rusiyanın əsas gəlir mənbəyi Avropaya satdığı qazdan formalaşır. Bu gün İttifaqın 40% qazlaşmasını Rusiyanın Qazprom şirkəti həyata kçirir. Avropaya çəkilən neft və qaz kəmərləri Rusiyanın Avropanın təhlükəsilziyini təhdid edəcək bir faktora çevrilib.
Avropaya qaz satışından daxil olan maliyyə hesabına Rusiya öz hərbi imkanlarını genişləndirib, Avropanın təhlükəsilziyini təhdid edəcək bir siyasət reallaşdı. Və bu siyasət hazırda davam etməkdədir. Ukraynanın Şərqində işğal, Krımın annkesiyası və Baltikyanı ölkələrin təhdid edilməsi, Avropanın Rusiyaya qarşı birlik şəkilində fəaliyyət göstərməməsindən qanaqlanır. Rusiya Avropanın ayrı-ayrı ölkələri və siyasətçiləri ilə sıx əlaqələr quraraq özünə qarşı birliyin dayanaqlığını və vahid fikir formalaşmasına zərbə vurub. Putinin bu siyasəti bu illər ərzində səmərə verdiyini qeyd etmək olar. Məhz Putin Avropanın öz pulu ilə, Avropanı vurur.
Rusiya məhz Avropada geniş şəbəkə quraraq bu ölkələrin mətbuatına da təsir edə bilir. Bu da informasiya savaşında Rusiyanın əlində ən böyük imkanlardan biridir. Rusiya Almaniya, Fransa və İtaliyada siyasi və ictimai formasiyaları idarə edə bilir və bu ölkələrin mətbuatından geniş istifadə etməklə, qonşu ölkələrə qarşı Avropanın siyasətinə təsir edə bilir. Burada Almaniya əsasən birinci yerdə gəlir. Almaniya Rusiyanın Avropada siyasi və enerji maraqlarının təmin olunmasında əsas ölkədir. Demək olar ki, Rusiyanın apardığı siyasət Avropanın siyasi sefrasını zədələyib. Məhz Şərq Tərəfdaşlığı ölkələrinə qarşı siyasətin formalaşaması, Ukrayanaya qarşı kəskin mövqe tutulmaması, birbaşa Moskvadan idarə edilir. Bu yaxınlarda Azərbaycan əleyhinə Almaniya mətbuatında verlişlər birbaşa bu ölkədə Rusiyanın təsiri ilə reallaşdı. Rusiya məhz Avropa mətbuatı vasitəsilə onunla əlaqələrə önəm verən qonşularına qarşı informasiya savaşı aparır. Məqsəd bu ölkələrlə Avropa İttifaqı arasında uçurum yartamaqdır.
ABŞ-da C. Baydenin prezident seçilməsi ABŞ-Avropa əlaqələrinin normallaşmasına və Rusiyaya qarşı vahid cəbhədə birləşməsinə gətirib çıxarır. Məhz martın İttifaqın 25-26 keçirilən zirvə görüşündə Baydenin iştirakı və verdiyi mesajlar Avropanın Rusiyaya qarşı Vaşinqtonla eyni xətti davam etdiriləcəyinə hesablanıb. Bundan sonra Rusiyaya qarşı sanksiyaların kəskinləşəcəyi, Rusiyanın Avropanın Şərqində hərbi birliklər və Ukrayanda vəziyyəti kəskinləşdirəcəyi gözlənilir.