“Biz sosial şəbəkələrdə tez-tez AZAL-ın qiymət siyasəti ilə bağlı olan haqlı tənqidlərlə raslaşırıq. Bu, təəssüflər olsun ki, reallığı əks etdirir. Düşünürəm ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi hava nəqliyyatında da yeni islahatların səmərəsinin şahidi olacağıq: sərnişinlərin istəyinə uyğun müxtəlif siniflər üzrə münasib qiymətlər təklif olunacaq”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, Müşahidə Şuralarının yaradılması çox zəruri addım idi.
Onun sözlərinə görə, belə olan halda bir sıra təşkilatlara nəzarət daha da gücləndirilir: “Göründüyü kimi, Müşahidə Şurasında bu sahəni daha yaxşı bilən ekspertlər təmsil olunurlar. Hesab edirəm ki, bu şəxslər ictimai rəyi, eyni zamanda Avropa və inkişaf etmiş digər ölkələrin təcrübəsini yaxından öyrənmiş şəxslərdir. Nəticədə sözügedən qurumların fəaliyyəti daha səmərəli olacaq və daha çevik təşkil ediləcək, müəyyən qıcıq yaradan qərarlar verilməyəcək”.
N.Həmzəyev hesab edir ki, Müşahidə Şurası “AZAL”ın qiymət siyasəti ilə bağlı səsləndirilən problemlərin də öhdəsindən gələcək, nəticədə həm daxili, həm də xarici turizm üçün sərnişinlərə bazara uyğun münasib qiymətlər təqdim ediləcək: “Sosial şəbəkələrdə tez-tez AZAL-ın qiymət siyasəti ilə bağlı olan haqlı tənqidlərlə raslaşırıq. Bu, təəssüflər olsun ki, reallığı əks etdirir. Düşünürəm ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi hava nəqliyyatında da yeni islahatların səmərəsinin şahidi olacağıq: sərnişinlərin istəyinə uyğun müxtəlif siniflər üzrə qiymətlər təklif olunacaq. Qeyd edim ki, artıq bununla bağlı işlər görüməkdədir. Azərbaycana gələn turistlərin razılığının olması, sayının artırılması baxımından da belə islahatlara çox ehtiyac var. Dövlət tərəfindən ölkəmizin turizm potensialının artırılması istiqamətində külli miqdarda vəsait xərclənib və Azərbaycan artıq öz turizm potensialı ilə öyünə bilər. Ancaq burada tək problem ucuz biletlərin olmaması ilə əlaqəlidir”.
Qısa müddətdə ərzində islahatların nəticələri ilə tanış olacağımızı vurğulayaraq deputat əlavə edir ki, pandemiya imkan verərsə, biz elə qarşıdan gələn turizm sezonunda reyslərin sayının artırıldığını və daha münasib qiymətlərin təklif olunduğunu görəcəyik: “Təkcə xarici deyil, həm də daxili uçuşların bərpası gözə çarpacaq dərəcədə aktivləşəcək. "Buta Airways" kimi daha aşağı qiymətlər təklif edən şirkətlərin də sayını artıra bilsək, sağlam rəqabəti təmin etsək, daxili hava nəqliyyatında da irəliləyş əldə edərik.
Qeyd: Martın 30-da Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Hava Yolları” və “Bakı Metropoliteni” QSC-lərinin Azərbaycan İnvestisiya Holdinqinə həvalə edilməsi ilə bağlı sərəncam imzalayıb.
Nəzrin Cavid