BURADA REKLAMINIZ OLA
BİLƏR

Manat ucuzlaşacaq?

Mərkəzi Bank qonşu ölkələrdə milli valyutaların dollara nisbətən dəyər itiriməsinə münasibət bildirib. Açıqlamadan aydın olur ki, növbəti dövrlərdə də manatın məzənnəsində Mərkəzi Bankın mövqeyi həlledici olacaq. Aydındır ki, regionun aparıcı ölkələrində milli valyutalarının ucuzlaşmasının hazırda valyuta bazarımıza iqtisadi deyil, daha çox psixoloji təsirləri var. Bununla yanaşı, Mərkəzi Bankın açıqlamasından da görsəndiyi kimi neftin dünya bazar qiyməti bu kontekstdə daha vacib indikatordur. Çünki ölkəyə daxil olan valyutanın 85 faizə yaxınını enerji sektoru formalaşdırır. Hazırda isə neftin qiyməti Mərkəzi Bank üçün məqbul səviyyədə hesab oluna bilər. Bununla belə, neft bazarında volatilliyin yüksək olması da diqqətdə saxlanılmalıdır.

 

Bununla yanaşı, həm Türkiyə, həm də Rusiya Azərbaycan üçün vacib ticarət tərəfdaşlarındandır.  Türkiyə ilə 4.5 milyard dollara yaxın, Rusiya ilə isə 3 milyard dollardan artıq ticarətimiz var.  Bu ümumi xarici ticarət dövriyyəmizin 23 faizi deməkdir. Bu baxımdan,  əsas ticarət tərəfdaşlarımızdakı iqtisadi və maliyyə dəyişikliklərin xarici ticarət dövriyyəmizə təsirlərinin minimumlaşdırılması istiqamətində fəaliyyətlərin genişləndirilməsi də məqsədəuyğundur.

Tarix: 31 Mart 2021, 15:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin