BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış jurnalistin deputatlığa namizədliyi qeydə alındı

Tanınmış jurnalist Yelena Eyvazlının (Sidorenko) 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyi qeydə alınıb.

 

Pravda.az-ın xəbərinə görə, Y.Eyvazlı namizədliyini öz təşəbbüsü ilə 73 saylı Lənkəran şəhər seçki dairəsindən irəli sürüb.

 

Hazırda həmin seçki dairəsinin deputatı Rüfət Quliyevdir. O növbəti dəfə də deputat olmağa iddialıdır.

 

Hakim Yeni Azərbaycan Partiyası 73 saylı Lənkəran şəhər seçki dairəsindən Güloğlan Bağırovun namizədliyini irəli sürüb.

Fotoları təqdim edirik
Tarix: 14 Yanvar 2020, 19:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin