Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Azərbaycanda 35 partiya maliyyə hesabatını MSK-ya təqdim etdi

1 359
Paylaş:
Azərbaycanda 35 partiya maliyyə hesabatını MSK-ya təqdim etdi

Siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət sabah başa çatır.

Pravda.az-ın məlumatına görə, indiyədək dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 35-i 2020-ci il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib.

Hazırda partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etməsi prosesi davam edir.

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Paylaş:

Ən son xəbərlər