Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Deputat: “Bu dünyaya verilən bir mesajdır ki…”

1 380
Paylaş:
Deputat: “Bu dünyaya verilən bir mesajdır ki…”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri reallaşacağı halda, bu, qardaş ölkənin Azərbaycanın mövqeyini hər zaman müdafiə etdiyinin bir daha təsdiqi olacaq. Bu dünyaya verilən bir mesajdır ki, Qarabağ torpaqları Azərbaycanın tarixi torpaqlarıdır və Azərbaycan tək deyil. Biz Türkiyə-Azərbaycan dostluğu, türk dünyasının həmrəyliyi, eyni zamanda bütövlükdə islam aləminin birliyi üçün mübarizə aparırıq”. 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat bildirib ki, görüş iştirakçıları və digər izləyicilər Azərbaycan Prezidenti İlham Əliyevin geniş açıqlamasından bəhrələndilər, razı qaldılar və beləliklə, Azərbaycanın ədalətli mövqeyini müdafiə etmək niyyətində olduqlarını bildirdilər: “Ötən gün Zirvə görüşü zamanı cənab Prezident Qarabağla bağlı son illər görülən bütün işlər barədə, eyni zamanda Azərbaycanın və işğalçı tərəfin mövqeyi haqda detallı şəkildə, faktlarla geniş məlumat verdi. Bu izah təkcə həmin toplantıda iştirak edənlər üçün deyildi. Çünki həmin Zirvə görüşünü, hesab edirəm ki, dünyanın bütün beynəlxalq qurumları, eyni zamanda bu məsələdə maraqlı olan bütün dövlətləri izləyirdi. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün hansı yollardan keçdiyini vurğulaması, özünün haqlı mövqeyinə bir daha aydınlıq gətirilməsi çox vacib idi”.

Elman Məmmədovun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfər edəcəyini bildirməsi, təbii ki, Azərbaycanın bu məsələlərdə tək olmadığını, Türkiyənin Azərbaycana qarşı qardaşlıq, dostluq münasibətinin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi: “Reallaşacağı halda bu səfər Türkiyənin Azərbaycanın mövqeyini hər zaman müdafiə etdiyinin bir daha təsdiqi olacaq. Bu dünyaya verilən bir mesajdır ki, Qarabağ torpaqları Azərbaycanın tarixi torpaqlarıdır və Azərbaycan tək deyil”.

Deputat əlavə edib ki, ümumiyyətlə, Türkiyənin Azərbaycana istənilən şəkildə dəstəyi bir sıra dövlətləri qıcıqlandıra bilər: “Çünki Qərb dünyasının güc mərkəzlərinin əksəriyyəti yüz illər boyunca belə bir siyasət aparıblar ki, Şərqdə müsəlman dövlətləri arasında yaxınlaşma, dostluq, mehribanlıq olmasın. Yalnız ədavət və düşmənçilik olsun. Bunun üçün uzun illər ərzində proqramlar hazırlayıblar, əllərindən gələn hər şeyi ediblər və bu murdar fəaliyyəti indi də davam etdirirlər. Təbii ki, türk dövlətlərinin bu cür yaxınlığı onlar üçün qəbuledilməz və həmzolunmazdır. Ancaq biz kiminsə xoşuna gəlmək üçün yaşamırıq, biz Türkiyə-Azərbaycan dostluğu, türk dünyasının həmrəyliyi, eyni zamanda bütövlükdə islam aləminin birliyi üçün mübarizə aparırıq”.

Qeyd: Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilib. Görüşdə region və dünyanı əhatə edən qlobal problemlər və türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib.

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər