Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

"Azmikroinvest"ə yeni rəhbər təyin olundu

1 475
Paylaş:
"Azmikroinvest"ə yeni rəhbər təyin olundu

"Azmikroinvest" MMC-yə (bank olmayan kredit təşkilatı) yeni rəhbər təyin olunub.

Bu vəzifəyə Mansur Talıblı təyin olunub. Mansur Talıblı 2020-ci ilin noyabrında “Azmikroinvest” BOKT-a hüquqşünas kimi gəlib. O, buna qədər “MuğanBank” ASC-də çalışmışdı.

Bu təyinatadək baş direktor vəzifəsini müvəqqəti olaraq Qasım Babayev icra edirdi. Hazırda o baş direktorun müavini olaraq qalır. Qeyd edək ki, Qasım Babayev Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Avtandil Babayevin oğludur.

“Azmikroinvest” BOKT 2014-cü ildə yaradılıb, 1.5 milyon nizamnamə kapitalına sahibdir. Səhmlərinin 100%-i İlqar Əhmədzadəyə məxsusdur.

Paylaş:

Ən son xəbərlər