Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Deputat: “Çindən peyvəndlərin gətirilməsi Prezident İlham Əliyevin güclü və uzaqgörən siyasətinin nəticəsidir”

1 460
Paylaş:
Deputat: “Çindən peyvəndlərin gətirilməsi Prezident İlham Əliyevin güclü və uzaqgörən siyasətinin nəticəsidir”

"Çin Xalq Respublikası və Azərbaycan Rəspublikası arasında imzalanmış müqaviləyə əsasən, bu gün COVİD-19 pandemiyasına qarşı istifadə üçün ilk peyvənd partiyası ölkəmizə daxil olur. Bu, birbaşa olaraq bizim Dövlət başçımızın güclü və uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycan öz vətəndaşlarını vaksinlə təmin edən ilk dövlətlərdən biridir və bu gün də birinciliyi qorumağa davam edir".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan elə ilk vaxtlardan dünya dövlətlərinin vaksinlə ədalətli şəkildə təmin olunmasını öz üzərinə götürən COVAX platforması ilə əməkdaşlıq edib: "Artıq dünyada virusla mübarizə çərçivəsində dünya əhalisinin ikinci mərhələdə vaksinlə təmin olunmasına başlanılıb. Təəssüflər olsun ki, bu sahədə də ikili standartlar öz sözünü deməkdə davam edir. Yəni bir sıra böyük dövlətlər vaksin istehsal edən şirkətlərdən öz əhalisinin sayından dəfələrlə çox vaksin sifariş ediblər. Bunun nəticəsində, yoxsul və az inkişaf etmiş dövlətlərin əhalisi vaksin əldə edə bilməyiblər. Beləliklə, vətəndaşların sağlamlığı təhlükə altına alınıb. Azərbaycanın da elə ilk vaxtlardan COVAX platforması ilə əməkdaşlıq etməsinə baxmayaraq, COVAX üzərinə düşən öhdəlikləri yerinə yetirməyib və vəd olunan vaxtda Azərbaycanı vaksinlə təmin etməyib".

Kamilə Əliyevanın sözlərinə görə, cənab Prezident İlham Əliyevin uzaqgörənliyi bu məsələdə də bir daha təsdiqini tapdı: "Belə ki, ali rəhbərliyin göstərişi ilə COVAX-la paralel şəkildə vaksin istehsal edən digər dövlətlərlə birbaşa əlaqə yaradıldı. Bu əlaqələrdən biri də məhz Çin Xalq Respublikası ilə əldə olunan razılaşmadır. Bu gün Çin və Azərbaycan arasında imzalanmış müqaviləyə əsasən,  COVİD-19 pandemiyasına qarşı istifadə üçün ilk peyvənd partiyası Azərbaycana daxil olur. Bu, birbaşa olaraq bizim dövlət başçımızın güclü və uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycan öz vətəndaşlarını vaksinlə təmin edən ilk dövlətlərdən biridir və bu gün də bu proses davam etdirilir. Hazırda Azərbaycan MBD dövlətləri arasında vaksinasiyadan keçənlərin sayına görə ilk yerdədir. Bu, Azərbaycanın istər iqtisadi, istərsə də siyasi cəhətdən güclü dövlət olmasının sübutudur".

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər