Rusiyanın paytaxtı Moskva şəhərində dələduzlar keçmiş SSRİ diktatoru İosif Visarionoviç Stalinin qohumunu 3 milyon rubl (67 386 manat) aldatmağa çalışıblar.
Qeyd edilir ki, cinayətkarlardan biri saxlanılıb.
"92 yaşlı müharibə veteranı Leonid Alliluyev polisə müraciət edərək bildirib ki, naməlum şəxslər ona telefonla zəng edərək özlərini asayiş keşikçiləri kimi təqdim ediblər. Cinayətkarlar guya ekspertizanın aparılması üçün veterandan hesabındakı 3,4 milyon rublun onlara verməyi təklif ediblər", - mənbə agentliyə bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqaüdçüyə özünü dələduzlarla necə rəftar etmək barədə göstəriş veriblər və dələduzlardan birini yaxalamağa müvəffəq olublar.
