Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Bəzən bayrağımız düzgün asılmır” – Siyavuş Novruzov

1 238
Paylaş:
“Bəzən bayrağımız düzgün asılmır” –     Siyavuş Novruzov

“Aprel döyüşləri Azərbaycan Ordusunun ilk qələbəsinin qaranquşudur”.

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bu gün Azərbaycan ərazi bütövlüyünü tam təmin edib: “Müharibə dövründə Azərbaycan xalqı Azərbaycan Prezidentinə, ordusuna dəstək göstərdi. Bu müddət ərzində hər kəs Azərbaycan bayrağını əllərində, çiyinlərində daşıdı, öz sevgisini göstərdi. Müəyyən müddət keçdikdən sonra biz bayrağımızın, dövlət atributlarının asılması qaydasına yenidən baxmalıyıq. Bəzən bayrağımız düzgün asılmır. Biz dövlət atributları haqqında qanun qəbul etmişik. Bizim bayrağa böyük sevgimiz var. Bununla yanaşı, atributlardan parlamentin qəbul etdiyi qaydalara uyğun olaraq istifadə etməliyik”.

Paylaş:

Ən son xəbərlər