Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

İlqar Məmmədov tənqidlərə cavab verdi: “Uşaqpulu” bağıraraq xalqı çaşdırıb-alçaldan yaramaz siyasi liderlərdən...

1 463
Paylaş:
İlqar Məmmədov tənqidlərə cavab verdi:     “Uşaqpulu” bağıraraq xalqı çaşdırıb-alçaldan yaramaz siyasi liderlərdən...

REAL Partiyasının sədri İlqar Məmmədov “uşaqpulu” ilə bağlı açıqlamasına görə onu tənqid edənlərə cavab verib.

Pravda.az İ.Məmmədovun mövqeyini təqdim edir:

“Bizim 2022-ci il üçün “uşaqpulu” təklifimizi təqdim etdim:

- ehtiyacı olan ailəyə ikinci uşağa görə ayda 100 AZN;

- bütövlükdə il ərzində təxminən 1 milyard manat.

İllərdir boş-boşuna "uşaqpulu" bağıraraq xalqı çaşdırıb-alçaldan yaramaz siyasi liderlərdən ikicə rəqəm istəyirəm: 2022-ci ilin büdcəsi üçün bizimkindən fərqli ikicə rəqəmi səsləndirin, vəssalam. Çox şey istəmirəm. İllərdir bunu etmədiniz, biz etdik. Əksini qoyun ortaya, konkret şəkildə, görək nəyin davasını edirsiniz!”

Paylaş:

Ən son xəbərlər