Ermənistanın Xüsusi İstintaq Xidməti "Vətənin Xilası" hərəkatının koordinatoru və ARF "Daşnaksütyun" Partiyası Ali Qurumunun nümayəndəsi İşxan Saqatelyanın Ermənistanı üç günlük tərk etməsinə icazə verməyib.
Pravda.az xəbər verir ki, bu barədə siyasətçi özünün feysbuk səhifəsində məlumat verib. Belə ki, Saqatelyana qarşı qanunsuz aksiya təşkil etmək ittihamı ilə cinayət işi başladılıb. Bu səbəbdən qabaqlayıcı tədbir olaraq ona ölkədən çıxmaq qadağan olunub. Saqatelyan xaricdə partiya işi ilə əlaqəli əhəmiyyətli işlərinin olduğunu bildirərək istintaq orqanına müraciət etsə də rədd cavabı alıb. İstintaq orqanı qərarı Saqatelyanın davranışlarına nəzarət edə bilməyəcəkləri ilə əsaslandırıb.