Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Qardaşı həbs edilən baş redaktor danışdı

1 673
Paylaş:
Qardaşı həbs edilən baş redaktor danışdı

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin ittiham olunduğu maddələr açıqlanıb.

Pravda.az xəbər verir ki, bu barədə R.Quliyevin qardaşı, “Səs” qəzetini baş redaktoru Bəhruz Quliyev məlumat verib.

O bildirib ki, qardaşı korrupsiya əməllərinə görə saxlanılmayıb:

“Dünən məsələ qaldırdılar ki, Rasim Quliyevin işlədiyi dövrdə sənədləşmə düzgün aparılmayıb. Cinayət Məcəlləsinin 314-2.3 və 308.2 maddələrilə ittiham edilib. O, sənədləşmə işlərinin düzgün aparılmamasında günahlandırılır. Ümumilikdə bu maddələr korrupsiya və rüşvətxorluqla əlaqəli deyil, sənədləşmə işləridir”.

B.Quliyev qərarla razılaşmadıqlarını deyib:

“Qardaşım ittihamları qəbul etmir. Biz apellyasiya şikayəti verəcəyik. Nəzərinizə çatdırım ki, Rasim Quliyev 1988-ci ildən tələbə hərəkatının liderlərindən olub. 1992-ci ildə AXC-Müsavat dövründə qatı Heydər Əliyevçi kimi həbs olunub. 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyətində Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri, 2012-ci ildən BŞİH-nin Aparat rəhbəri olub. 2018-ci ildə isə rəhbərlik dəyişikliyindən sonra şəxsi istəyilə işdən ayrılıb.

Digər tərəfdən, Rasim hazırda “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəridir. Vəzifədən ayrıldıqdan sonra dövlətə, dövlətçiliyə xidmət edir”.

Modern.az

Paylaş:

Ən son xəbərlər