Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

“Facebook”un istifadəçilərinin şəxsi məlumatları yayıldı

1 465
Paylaş:
“Facebook”un istifadəçilərinin şəxsi məlumatları yayıldı

“Facebook” sosial şəbəkəsinin 533 milyondan çox istifadəçisinin şəxsi məlumatları haker forumunda yerləşdirilib.

Pravda.az-ın məlumatına görə, bu barədə “Business Insider” nəşri bildirib.

Qeyd olunub ki, forumda ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon və Hindistandan 6 milyon daxil olmaqla ümumilikdə 106 ölkədən olan istifadəçilərin tam adları, yeri, doğum tarixi, tərcümeyi-halları, mobil nömrələri və bəzi hallarda e-poçt ünvanları forumda yayılıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür məlumatlar kiber cinayətkarlar üçün dəyərli ola bilər.Report

Paylaş:

Ən son xəbərlər