Fransa və Almaniya Donbas bölgəsində vəziyyətin gərginləşməsindən narahat olduqlarını və Ukraynanın suverenliyini, ərazi bütövlüyünü dəstəklədiklərini ifadə ediblər.
Pravda.az-ın məlumatına görə, bu barədə Almaniyanın xarici işlər naziri Heyko Maas və Fransa Respublikasının xarici işlər naziri Jan İv Lö Drianın yaydığı birgə bəyanatda qeyd olunub.
“Vəziyyəti, xüsusən də Rusiya qoşunlarının hərəkətlərini çox yaxından izləyirik və tərəfləri təmkinli olmağa və gərginliyi dərhal azaltmağa çağırırıq. Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimizi təsdiqləyirik”-bəyanatda deyilir.