Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Aİ: Azərbaycan hökuməti vaksinasiyanı erkən başlatmaqla çox uğurlu iş görüb

1 362
Paylaş:
Aİ: Azərbaycan hökuməti vaksinasiyanı erkən başlatmaqla çox uğurlu iş görüb

“Azərbaycan hökuməti vaksinasiyanı erkən başlatmaqla artıq çox uğurlu iş görüb”.

Pravda.az-ın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

Kestutis Yankauskas deyib ki, gələcəkdə digər peyvəndlərin də çatdırılması peyvənd seçiminə imkan verəcək: “Vaksinlərlə bağlı töhvə verələrin hamısına – Ümumdünya Səhiyyə Təşkilatına, UNİSEF-ə və COVAX mexanizminə dəstək verən digər ölkələrə təşəkkürümüzü bildiririk. Mən yalnız hər kəsi ən uyğun zamanda vaksinasiya üçün müraciət etməyə çağıra bilərəm. Çünki bu COVID-19-la mübarizənin ən yaxşı yoludur”.

Paylaş:

Ən son xəbərlər