Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı nəfərə 196 634 çatıb.
Son sutkada koronavirusa 590 yoluxma qeydə alınıb, 17 nəfər ölüb - Ermənistanda
Pravda.az-ın xəbərinə görə, ötən sutka ərzində daha 590 nəfər COVİD-19-a yoluxub, 17 nəfər ölüb.
Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 3 592 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 3 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 921 nəfərə yüksəlib.