Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Rusiya müharibədə hərbi cəhətdən qalib olsa da, siyasi məğlubiyyətə uğrayacaq...”

1 463
Paylaş:
“Rusiya müharibədə hərbi cəhətdən qalib olsa da, siyasi məğlubiyyətə uğrayacaq...”

“Ukrayna-Rusiya müharibəsi daha çox Putinə lazımdır. O bununla Qərbə olan aqresiyasını, keçmiş sovet respublikalarına olan gücünü  bir daha nümayiş etdirə, tanınmayan Donetsk Xalq Respublikasının (DXR) sərhədlərini Krıma doğru genişləndirə  bilər”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

Q.İbadoğlu bildirib ki, anti-Qərb ritorikasını genişləndirməklə Rusiya daxilində yaranmış ağır sosial-iqtisadi durumdan narazı olanların diqqətini ABŞ və Avropa Birliyi ilə gərginliyə cəlb ediləcək: “DXR ərazisini Krımla birləşdirməklə yarımadaya quru ərazilərdən çıxışa və Krımın  su probleminin həllinə nail olacaq. Rusiya- Çinin yaratmaq istədiyi anti-Qərb Koalisiyasına qoşulmağa tərəddüd edənləri müttəfiqlərə çevirəcək. Rusiya bu müharibədə hərbi cəhətdən qalib olsa da, siyasi məğlubiyyətə uğrayacaq”.

Paylaş:

Ən son xəbərlər