Bu gün Bolqarıstanda keçirilən parlament seçkiləri yerli vaxtla 20:00-da başa çatıb.
Pravda.az xəbər verir ki, Bolqarıstan Milli Televiziyası eksit-polun nəticələrinə görə, hakim partiyanın 25% səs yığaraq qalib olduğunu açıqlayıb.
Bildirilib ki, seçkilərdə 7 partiya parlamentə keçmək hüququ qazanıb.
Qeyd edək ki, parlament seçkilərində 22 partiya və 8 seçki koalisiyası iştirak edib. 240 deputat mandatı uğrunda 6 895 namizəd mübarizə aparıb.
Seçkinin yekun nəticələri 3-4 gün sonra açıqlanacağı gözlənilir.
Eksit-poll: Bolqarıstanda hakim partiya parlament seçkilərində qalibdir