BURADA REKLAMINIZ OLA
BİLƏR

DMX: Ötən il 457 azərbaycanlı xaricdən ölkəyə qaytarılıb

Ötən il readmissiya ilə bağlı 480 sorğu verilib. Bu, 2018-ci illə müqayisədə 15 faiz (567) azalma deməkdir.

 

Pravda.az-ın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında DMX rəisi Vüsal Hüseynov bildirib. Onun sözlərinə görə, ötən il 457 readmissiya olub. Bu rəqəm 2018-ci ildə 464 nəfər təşkil edib.

 

Xidmət rəisi qeyd edib ki, 2019-cu ildə 404 əcnəbiyə qaçqın statusu verilib: "Bu da 2018-ci illə müqayisədə 7 faiz artım deməkdir. Ölkədə qaçqın statusu əsasında yaşayanlardan 43-ü İran, 30-u Əfqanıstan, 5-i Liviya, 3-ü Pakistan, 2-si Cənubi Afrika Respublikasının vətəndaşlarıdır".

Tarix: 15 Yanvar 2020, 12:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin