BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda güclü külək əsir

Səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur.

Pravda.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin ötən gün yaydığı xəbərdarlığa əsasən, bu gün günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə qərb küləyinin əsəcəyi, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Tarix: 6 Aprel 2021, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin