BURADA REKLAMINIZ OLA
BİLƏR

Agentlik: Qanda tromb yaranması vaksinlə əlaqəlidir

Avropa Dərman Agentliyi "AstraZeneca" şirkətinin yeni növ koronavirusa (COVİD-19) qarşı vaksini ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb.

 

Pravda.az-ın xəbərinə görə, Agentlik peyvənd vurulan şəxslərin qanında müşahidə olunan ciddi tromblaşmanın vaksinlə əlaqəli olduğunu açıqlayıb.

 

Qeyd edək ki, İngiltərədə "Oxford-AstraZeneca" vaksini vurulan 18,1 milyon insandan 30 nəfərinin qanında tromb yarandığı bildirilmişdi. İngiltərə Dərman və Sağlamlıq Məhsulları Tənzimləmə Qurumu 30 nəfərdən 7-nin martın 24-də öldüyünü açıqlamışdı.

 

Xatırladaq ki, Niderland "AstraZeneca" vaksinindən istifadəni tamamilə dayandırdığını açıqlayıb.

Tarix: 6 Aprel 2021, 14:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin