Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Oyuncaq tapançalı “polis” saxlanıldı

1 549
Paylaş:
Oyuncaq tapançalı “polis” saxlanıldı

Lənkəran rayonunun Göyşaban kənd sakini Elsevər Cəfərzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə rayon ərazisində saxlanılaraq Lənkəran polis şöbəsinə gətirilib. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onun əynində arxa hissəsinə iri şriftlərlə “Polis” sözü yazılmış gödəkçə, sifətində üzərində “polis” sözü yazılmış qoruyucu maska, kəmərində antenalı olmaqla xüsusi vasitə olan əl radiostansiyasını xatırladan mobil telefon aşkarlanıb. İdarə etdiyi avtomobildən isə polis əməkdaşının fərqlənmə nişanı olan şevronlar, polis baş serjantı paqonları, bir ədəd qara kaburun içində oyuncaq tapança və 1 ədəd qara rəngli maska aşkar edilib. 

Paylaş:

Ən son xəbərlər