İranda A (H1N1) tipli qrip virusundan ölənlərin sayı 114 nəfərə çatıb.
Pravda.az-ın xəbərinə görə, bunu İranın Səhiyyə Nazirliyinin yolxucu xəstəliklərin idarəetmə mərkəzinin sədri Hüseyn İrfani deyib. Onun sözlərinə görə, son həftələr ölkədə B tipli qrip virusuna yoluxanların da sayı artmaqdadır.