Bu gün səhər saatlarında “Salyan OİL” Əməliyyat Şirkətinin 200 nəfərə yaxın fəhləsi qurumun Kərimbəyli kəndindəki ofisinin qarşısına toplaşaraq xəbərdarlıq aksiyası keçiriblər.
Pravda.az-ın xəbərinə görə, fəhlələr bütün əməliyyat şirkətləri arasında ən az əmək haqqı aldıqlarının bildirərək maaşlarının qaldırılmasını tələb ediblər. 2 saata yaxın davam edən aksiyadan sonra etirazçı fəhlələrin 7 nəfər nümayəndəsi rəhbərlik tərəfindən qəbul edilib. Müzakirələr nəticəsində əldə olunmuş razılığa görə, şirkət rəhbərliyi 2 gün ərzində fəhlələrə görə biləcəyi tədbirlər barədə məlumat verəcək.