BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Paşinyanın Qarabağla bağlı təxribatçı ritorikaya əl atması mümkündür"

"İyunun 20-də Ermənistanda növbədənkənar seçkilərdən sonra, bu ölkədə yeni bir siyasi mərhələ başlayacaq. Baş nazir Nikol Paşinyanın hakmiyyətdə qalması mümkündür. Əgər Paşinyan hakmiyyətdə qalacaqsa, Azərbaycanla əlaqələri hansı istiqamətdə quracağı Ermənistanda əsas müzakirə predmeti olaraq qalır. Buraya ilk növbədəAzərbaycanla əlaqələrin normallaşdırılması və birgə Bəyannamədən irəli gələn şərtlərin yerinə yetirilməsidir".

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.


M.Əsədullazadə bildirib ki, hazırda Ermənistanda aralıq bir dövr yaşanır: "Baş nazir Nikol Paşinyan seçkilərdə qələbəsini təmin etmək və daxili siyasi qüvvələri özünə qarşı neytrallaşdırmaq üçün gedişlər edir. Məhz bu fonda Azərbaycanla kommunikasiyalarin açılması və Qarabağla bağlı təxribatçı ritorikaya əl atması mümkündür. Halbuki, 10 noyabr Birgə Bəyannamədə nə status məsələsi, nədə Dağlıq Qarabağ termini var. Paşinyanın bu səpkidə aciqlamaları daxili auditoriyaya hesablansada, seçkidən sonra addımları atması gözlənilmir. Ona görədə imza atılan Bəynnamə atəskəs və sülhə aparan bir yol xəritəsidir. Ermənistanın bu Bəynamədən çıxması gözlənilmir. Amma Ermənistan tərəfi Qarabğada emenilərin separtizm fəaliyyətinin dəstəklənməsinə son verməsini Azərbaycan Ermənistandan tələb etməlidir.

Əgər Ermənistan tərəfi seçkilərdən sonra, Türkiyə və Azərbaycanla əlaqələrin bərpasını irəli sürəcəksə, rəsmi Bakı Yerevandan bir neçə şərtə əməl edilməsini tələb etməlidir. Birinci, Azərbaycan ərazisində erməni separatçılarını dəstəkləməməlidir. İkinci, Ermənistan öz ərazisindən xarici ölkə rəsmilərinin və nümayəndə heyətlərinin Qarabağa girişinə şərait yaratmamalıdır. Üçüncü, " Artsax Respublikasi" adı ilə beynəlxalq müstəvidə təbliğata son verməlidir. Əgər Ermənistan hakmiyyəti bu şərtləri qəbul etməyəcəksə, bu ölkə ilə normal əlaqələrin qurulmasına gedilməməlidir".

Tarix: 7 Aprel 2021, 16:46   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin