Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda daha bir vəzifəli şəxs işdən kənarlaşdırıldı

1 909
Paylaş:
Azərbaycanda daha bir vəzifəli şəxs işdən kənarlaşdırıldı

“Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin rüşvətə görə cinayət işi başlanılan direktoru Nuru Nuriyev işindən müvəqqəti kənarlaşdırılıb.

Pravda.az-ın xəbərinə görə, TƏBİB-dən bildirilib ki, qurumun İdarə Heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə direktor vəzifəsi Yevlax Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılova həvalə edilib və o, Ağdaşa ezam olunub.

Həmçinin qeyd olunub ki, Yevlax RMX direktorunun vəzifəsinin icrası direktorun müavini baş həkim Gülağa Əzizovaya həvalə edilib.

Qeyd edək ki, N.Nuriyev 20 ildən artıq Ağdaş Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, xəstəxana publik hüquqi şəxsə çevrildikdən sonra isə direktor işləyib.

Report



Paylaş:

Ən son xəbərlər