BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Peyvəndləmə ilə bağlı vacib xəbər

Peyvəndləmə sahəsində səlahiyyətli orqan dəyişir

Səhiyyə Nazirliyinin immunoprofilaktikanın həyata keçirilməsi sahəsində səlahiyyəti ləğv olunur. 

Pravda.az xəbər verir ki, bu, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Layihəyə əsasən, immunoprofilaktikanın həyata keçirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), yəni TƏBİB təmin edəcək.

Qeyd edək ki, yoluxucu xəstəliklərin immunoprofilaktikası profilaktik peyvəndlər vasitəsi ilə yoluxucu xəstəliklərin qarşısının alınması, yayılmasının məhdudlaşdırılması və ya ləğv edilməsidir.

Tarix: 7 Aprel 2021, 21:30   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin