Bu parlament seçkiləri əvvəlkilərdən ilk növbədə onunla fərqlənir ki, namizədlərin sayı çoxdur. Onların arasında maraqlı peşə sahibləri, ad-soyadı orijinal, hamıdan seçilənlər də var.
Pravda.az-ın xəbərinə görə, seçki gündəmi nəzərə alınaraq, qeyri-adi ad-soyada, ata adına sahib deputatlığa namizədlərin siyahısını hazırlanıb. Onları təqdim edirik:
9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə namizədlər Əliyev Taliyət Məhəmməd oğlu və Vəliyev Əpoş İslam oğlu.
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə namizəd Şalvarov Bəxtiyar Yadigər oğlu.
14 saylı Xəzər seçki dairəsi üzrə namizəd Qasımov Nəciməli Yağnalı oğlu.
18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə namizədlər Əliyev Əsab İspəndiyar oğlu və Niftiyev Namik Yolu oğlu.
23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə namizəd Dinler Umuxanım Nadir qızı.
30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd Əhmədova Əkimə Əmir qızı.
32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizəd Quliyev İlqar May oğlu.
33 saylı Xətai birinci seçki dairəsi üzrə namizəd Şimşek Xalidə Hümbət qızı.
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi üzrə namizəd Əliyev Zülal Əli oğlu.