Türkiyəyə səfəri çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanla görüş keçirib.
Pravda.az xəbər verir ki, Ombudsman Səbinə Əliyeva “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun 13.2.8-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək səlahiyyəti barədə məlumat verib. Fəaliyyət dövrü ərzində Ombudsman tərəfindən müxtəlif normativ aktlarla bağlı Konstitusiya Məhkəməsinə sorğular göndərildiyi diqqətə çatdırılıb.
Ombudsman Səbinə Əliyeva təsisata daxil olan müraciətlərin qəbulu və baxılması proseduru haqqında məlumat verib, ötən il Ombudsmana 27.500 müraciət edildiyini bildirib. Görüşdə Ombudsman Səbinə Əliyeva təsisatın dörd regional mərkəzinin fəaliyyət göstərdiyi barədə də məlumat verib.
Ombudsman Səbinə Əliyeva Ermənistan tərəfindən minalanmış ərazilərin xəritəsinin verilməməsinin hazırda ölkəmiz üçün yaratdığı təhlükə ilə bağlı narahatlığı da diqqətə çatdırıb.
Türkiyə Respublikasının Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan çıxışında 44 günlük müharibədə qazanılmış Zəfərlə münasibətilə qardaş ölkəyə öz təbriklərini çatdırıb. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bir çox sahələri əhatə edən əməkdaşlıqda insan hüquq və azadlıqlarının müdafiə edilməsinin xüsusi önəmə malik olduğunu qeyd edib.
Görüşdə iştirak edən Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Azərbaycana son səfəri zamanı ölkə Prezidenti İlham Əliyevin onu qəbul etməsi, Gəncədə həyata keçirdiyi faktaraşdırıcı missiya barədə məlumat verib. Şərəf Malkoç həmin səfərin yekunları əsasında türk və ingilis dillərində hazırlanmış hesabatı Zühtü Arslana təqdim edib, hesabatın Türkiyədəki 114 səfirlik və diplomatik missiyaya, habelə ümumilikdə 167 ombudsman və milli insan hüquqları təsisatı, beynəlxalq insan hüquqları təşkilatı və digər qurumlara göndərildiyini qeyd edib.
Yekunda gələcəkdə insan hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə təcrübə mübadiləsi aparılması haqqında müzakirə aparılıb və tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.
17 May 20:19
17 May 19:54
17 May 19:07
17 May 19:00
17 May 18:57
17 May 18:46
17 May 18:44
17 May 18:37
17 May 18:35
17 May 18:33
17 May 18:31
17 May 18:28
17 May 18:26
17 May 18:24
17 May 18:21
17 May 18:19
17 May 17:49
17 May 17:40
17 May 16:49
17 May 16:47
17 May 16:45
17 May 16:15
17 May 16:09
17 May 15:43
17 May 15:26
17 May 15:04
17 May 15:02
17 May 15:01
17 May 15:00
17 May 14:58
17 May 14:56
17 May 14:52
17 May 14:28
17 May 14:05
17 May 14:03
17 May 13:56
17 May 13:54
17 May 13:41
17 May 13:27
17 May 13:25
17 May 13:19
17 May 13:08
17 May 13:05
17 May 12:54
17 May 12:52
17 May 12:51
17 May 12:23
17 May 12:21
17 May 12:17
17 May 12:06
17 May 12:03
17 May 12:03
17 May 11:59
17 May 11:56
17 May 11:54
17 May 11:52
17 May 11:51
17 May 11:42
17 May 11:41
17 May 11:40
17 May 11:38
17 May 11:35
17 May 11:29
17 May 11:27
17 May 11:24
17 May 11:18
17 May 11:16
17 May 11:08
17 May 10:57
17 May 10:09
17 May 10:07
17 May 10:06
17 May 09:55
17 May 09:54
17 May 09:53
17 May 09:52
17 May 09:37
17 May 09:33
17 May 09:28
17 May 00:46
17 May 00:43
17 May 00:12
17 May 00:10
17 May 00:06
16 May 23:50
16 May 23:01
16 May 21:45
16 May 21:38
16 May 20:14
16 May 18:34
16 May 17:53
16 May 17:47
16 May 17:44
16 May 17:36
16 May 16:49
16 May 16:21
16 May 16:19
16 May 16:05
16 May 15:58
16 May 15:46
16 May 15:31
16 May 14:55
16 May 14:50
16 May 14:39
16 May 14:13
16 May 13:45
16 May 13:25
16 May 13:11
16 May 13:10
16 May 13:10
16 May 13:03
16 May 12:53
16 May 12:44
16 May 12:38
16 May 12:27
16 May 12:23
16 May 11:43
16 May 11:34
16 May 11:33
16 May 11:26
16 May 11:19
16 May 11:19
16 May 11:03
16 May 10:57
16 May 10:50
16 May 10:21
16 May 10:18
16 May 09:46
16 May 08:15
16 May 08:14
16 May 08:13
16 May 08:09
16 May 08:08
16 May 08:06
16 May 08:04
16 May 08:02
16 May 07:48
16 May 02:36
15 May 23:41
15 May 23:38
15 May 23:15
15 May 23:03
15 May 23:01
15 May 22:31
15 May 22:14
15 May 22:04
15 May 22:01
15 May 20:28
15 May 20:27
15 May 20:20
Ən son xəbərləri səhifəmizdən də izləyin