BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda dəhşət: Yeniyetmə başından güllələndi

Abşeron rayonunda ov tüfəngindən açılan atəş nəticəsində bir nəfər ağır xəsarət alıb.

 

Pravda.az xəbər verir ki, hadisə Məhəmmədi kəndində qeydə alınıb.

 

2005-ci il təvəllüdlü Nicat Nəbiyev qonşuluqda olan əkin üçün nəzərdə tutulmuş əraziyə keçib. Bu zaman qonşusu ona ehtiyatsızlıqdan ov tüfəngindən atəş açıb. Başından ağır xəsarət alan N.Nəbiyev xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

 

Qeyd edək ki, hadisənin qəsdən törədilmədiyi bildirilir.

 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.APA

Tarix: 8 Aprel 2021, 08:36   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin