Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Soltan Səbzəliyev qəfildən vəfat etdi

1 651
Paylaş:
Soltan Səbzəliyev qəfildən vəfat etdi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimi qəfildən vəfat edib.

Pravda.az xəbər verir ki, AzMİU-nun Fövqəladə hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının baş müəllimi Soltan Səbzəliyev onlayn dərs deyən zaman 62 yaşında ürəktutmadan dünyasını dəyişib. Bu barədə sosial şəbəkələrdə sözügedən təhsil ocağının tələbələri məlumat yayıblar.

O, doğulduğu İsmayıllı rayonunun Ruşan kəndində dəfn olunub.

Qeyd edək ki, Soltan Səbzəliyev 25 ildən artıq AzMİU-da çalışıb.

Paylaş:

Ən son xəbərlər