Abşeron rayonunda karantin qaydalarına zidd olaraq toy mərasiminin keçirilməsi aşkarlanıb.
DİN Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, karantin rejimi qaydalarının pozulmasına səbəb olan toy mərasiminin keçirilməsi müəyyən edilib.
Xırdalan şəhərində yerləşən şadlıq evlərindən birində profilaktik tədbir keçirilən zaman polislər obyektin icarədarı Ceyran Məmmədova və restoranın inzibatçısı Nazir Cəlilovun dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq insanların kütləvi şəkildə iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi müəyyən edilib.