BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Terror təşkil etməkdə təqsirləndirilən şəxsə 24 il həbs cəzası verildi

2016-cı il futbol üzrə Avropa Çempionatı ərəfəsində terror hücumu hazırlamaqda günahlandırılan fransalı Reda Kriket 24 illik həbs cəzasına məhkum edilib.

 

Pravda.az TASS-a istinadən xəbər verir ki, bu barədə “France Info” radiosu məlumat yayıb.

 

34 yaşlı fransalı Reda Kriket Brüsseldəki terror hücumlarından bir neçə gün sonra, 24 mart 2016-cı il tarixində xüsusi əməliyyat zamanı Paris yaxınlığında tutulub. Onun yaşadığı mənzilə baxış zamanı xeyli sayda patron və istifadəyə hazır partlayıcı maddələr tapılıb.

 

İstintaq məlumatına əsasən, Kriketin dəqiq hərəkət planı olmayıb, ancaq mövcud faktlar onun terror hücumu hazırladığını göstərib. Bundan başqa, Kriketin 2015-ci il noyabr ayında Parisdəki terror hücumlarının təşkilatçısı Abdelhamid Abaudla əlaqəsinin olduğu üzə çıxıb. O, həmçinin Suriyadakı müharibə bölgəsindən qayıtdıqdan sonra Belçikada terror fəaliyyətinə görə beş il müddətinə həbs edilib.

 

Paris məhkəməsindəki dinləmələr beş həftə davam edib. Antiterror prokurorluğunun ömürlük həbs cəzası tələb etdiyi Kriketdən başqa təqsirləndirilənlər arasında daha altı nəfər də var. 2016-cı il mart ayının sonunda Rotterdamda tutulan Anis Bahri və eyni zamanda, Brüsseldə saxlanılan Abderrahman Amerud da onların arasındadır – onların hər ikisi terror hücumu hazırlamaqda günahkar bilinərək 24 il həbs cəzasına məhkum ediliblər. Daha dörd nəfərə qarşı isə terrorçulara maddi-texniki dəstək vermək ittihamı irəli sürülüb, onlardan ikisinin üzərindən ittiham götürülüb, digər ikisi isə müvafiq olaraq 8 və 12 il müddətinə həbs ediliblər.APA

Tarix: 10 Aprel 2021, 08:49   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin