Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda beş nəfər dəm qazından zəhərləndi, ikisi öldü

Abşeron rayonunda bir ailənin iki üzvü dəm qazından boğulub.

 

Pravda.az xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində baş verib. Qəsəbənin H. Arif küçəsində yaşayan bir ailənin 2 üzvü hamamda dəm qazından zəhərlənərək ölüb. Ailə üzvləri ər və arvadın meyitini hamamda aşkarlayıb. Faktla bağlı araşdırma aparılır.

 

Qaxda isə üç nəfər təbii qazdan zəhərlənib. Bu gün axşam saatlarında rayonun Əlibəyli kənd sakinləri, 2006-cı il təvəllüdlü Tatiya Riyadovna Barixaşvili, 2007-ci il təvəllüdlü Levani Qiyabiroviç Aslamazaşvili və 1985-ci il təvəllüdlü Natiya Vardovna Qasviyaşvili zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. Müayinə zamanı hər üç şəxsin Levani Aslamazaşvilinin yaşadığı evin mətbəxində təbii qazdan zəhərləndiyi məlum olub. Məlumatda bildirilir ki, zəhərlənənlərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir.APA

Tarix: 15 Yanvar 2020, 22:19   
Xəbər lenti
Çox oxunanlar