BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılır

“Bugünkü iclasda çox məhsuldar və səmərəli müzakirələrimiz oldu”.

 

Pravda.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

Prezidentin köməkçisi bildirib ki, 2019-cu ildən oktyabrından Türk Şurasına Azərbaycan Respublikası sədrlik edir: “2019-cu ilin oktyabrında Türk Şurasının Bakıda keçirilən Zirvə Toplantısında çıxışı zamanı Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan Respublikası sədr ölkə kimi bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istiqamətində səylərini göstərəcək. Bu niyyətlə də Azərbaycan bu gün keçirilən tədbirə ev sahibliyi edərək Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın daha da institutlaşdırılmasının, daha da sistemləşdirilməsinin tərəfdarıdır. Bu günə kimi yaxşı təşəbbüslər olub. Amma qənaətlərdən biri də ondan ibarətdir ki, Media Koordinasiya Komitəsi yaradılmalıdır”.

Tarix: 10 Aprel 2021, 16:22   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin