“Türkiyə və Azərbaycanın Qarabağ müharibəsində ortaya qoyduğu həmrəylik haqlı tələblərimizin bütün dünyaya çatdırılmasını təmin etdi”.
Pravda.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun deyib.
Onun sözlərinə görə, bu əməkdaşlıq əl-ələ verdikdə araş bilməyəcəyimiz əngəl olmadığını göstərib:
“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təlimatları və istiqamətləndirmələri ilə dekabr ayında imzaladığımız kommunikasiya sahəsindəki əməkdaşlıq sazişi ilə birlikdə bu sahədəki ortaqlığımız strateji səviyyəyə çıxdı.