BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Türk Şurasının media üzrə yüksək vəzifəli rəsmiləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Pravda.az-ın xəbərinə görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarına gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.

Daha sonra rəsmilər Şəhidlər xiyabanını ziyarət edib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyulub.


Tarix: 10 Aprel 2021, 18:30   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin