BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavid Osmanov: “Prezident İlham Əliyev vədlərini yerinə yetirdi, xalqın milli qürurunu özünə qaytardı”

"Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi həm ölkədaxili, həm də xarici siyasət dünya üçün yeni reallıq yaradır və bu reallıq dünyanın aparıcı ölkələri tərəfindən yüksək qiymətləndirilir".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat xatırladıb ki, hələ 2003-cü ildə cənab İlham Əliyev ilk dəfə Prezident seçiləndə qarşıya qoyduğu ən böyük hədəfi güclü və qüdrətli Azərbaycan qurmaq idi.

 

C.Osmanov qeyd edib ki, son üç ildə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bir sıra sahələrdə köklü dəyişikliklər həyata keçirilib: “Bura siyasi, sosial, iqtisadi və digər sahələrdə islahatların həyata keçirilməsi, kadr islahatları, yeni qurumların yaradılması, o cümlədən qanunverici orqan olan parlamentə növbədənkənar seçkilərin keçirilməsi, siyasi dialoq mühitinin genişləndirilməsi və beləliklə, milli birliyin əldə olunması kimi mühüm addımlar aiddir. Azərbaycanın tarixində Vətən Müharibəsində əldə etdiyimiz qalibiyyət dövlətimizin ən şanlı qələbəsidir. Ölkə Prezidenti cənab İlham Əliyev təkcə 30 illik həsrətə son qoymadı, ümumilikdə güclü və qüdrətli Azərbaycan qurmaq konsepsiyasının təməlini qoydu və Azərbaycan dünya erməni faşizminə qalib gəldi, o cümlədən Azərbaycan xalqının milli qürurunu özünə qaytardı. Azərbaycan xalqı dünyada artıq qalib xalq kimi tanınır".

 

C.Osmanov əlavə edib ki, ümumiyyətlə, İlham Əliyevin 18 illik rəhbərliyi dövründə hədəflərə çatmaq üçün olduqca nəhəng işlər görülüb.

 

Onun sözlərinə görə, bu gün Azərbaycan öz liderinin qurduğu düzgün strategiya nəticəsində dünyanın, xüsusilə də Avropanın enerji təhlükəsizliyini təmin edən tərəfdaş ölkəsinə, həmçinin Avrasiyanın ən əlverişli nəqliyyat dəhlizi və logistika mərkəzinə çevrilib: "Azərbaycan Vətən müharibəsindəki qalibiyyətdən sonra bölgədə yeni reallıq yaradan ölkədir. Eyni zamanda dövlətimizin və dövlət başçımızın dünyada artan nüfuzu, Prezidentin qlobal təşəbbüslərlə çıxış etməsi və həmin təşəbbüslərin beynəlxalq təşkilatlar tərəfindən birmənalı olaraq yüksək qiymətləndirilməsi olduqca əhəmiyyətlidir. Bu təşəbbüslərin dəyərləndirilərək həyata keçirilməsi artıq cənab Prezidentin rəhbərliyi ilə adi bir hala çevrilib. İstər koronavirus  pandemiyasına qarşı mübarizə tədbirləri ilə bağlı təşəbbüslər, istərsə də digər məsələləri əhatə edən beynəlxalq səviyyəli iclasların keçirilməsi dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Bizim Vətən Müharibəsindən sonra yaratdığımız reallıq təkcə bölgə üçün deyil, bütövlükdə dünya üçün yeni baxışlar müəyyənləşdirdi. Bu mənada, ölkələr arasında tərəfdaşlığın daha da möhkəmlənməsi, xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması, o cümlədən ikinci Qarabağ müharibəsində Azərbaycanın müharibə qabiliyyətinin V nəsil müharibə adlandırılması və bu təcrübənin dünyanın aparıcı dövlətləri, NATO ölkələri tərəfindən öyrənilməsi və tətbiq edilməsi üstünlüyümüzdür".

 

Nəzrin Cavid

Tarix: 11 Aprel 2021, 12:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin