BURADA REKLAMINIZ OLA
BİLƏR

“İlham Əliyev xarici siyasəti, demək olar, səhvsiz yürüdür” – Natiq Cəfərli

“Bəzilərinin istismar etdiyi daha bir mövzu işğalçı Rusiyanın "İsgəndər" raketləri ilə bağlı məsələdir. İrad da odur ki, niyə İlham Əliyev, hökumət çıxıb Rusiyandan hesab tələb etmir, niyə məsələni gizlədir. Şuşada tapılan reket qalıqları ilə bağlı məlumatı ilk kim yaydı? ANAMA. Bu agetlik kimə tabedir? Prezidentə. "İsgəndər"lə bağlı məlumatları televiziyalar verdimi? Bəli. Bu məsələ ilə bağlı hakimiyyətdən icazəsiz tualetə belə gedə bilməyən deputatlar, məmurlar, "ictimai xadimlər" danışdımı? Danışdı. Yaxşı, əgər İlham Əliyev hökumət bu məsələnin ictimailəşməsini istəməsəydi, olay gündəmə gələrdimi?! Təbii ki, yox”.

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın funksioneri Natiq Cəfərli deyib.

 

N.Cəfərli qeyd edib ki, siyasət, özü də beynəlxalq siyasət qəliz işdir, öz dili, üslubu, zamanlaması var: “Bir çox məsələdə sərt tənqid etmək olar, edirik də, iqtisadi və sosial siyasəti doğru deyil, hüququn üstünlüyü yoxdur, məhkəmələr buyruq quludur, seçki sistemi məhv edilib, Gömrük və Vergi siyasəti günümüzə adekvat deyil, büdcə korrupsiyası boğaza çıxıb, amma xarici siyasət, özü də Rusiya kimi aqressiv, köntöy regional güclə, demək olar ki, səhvsiz yürüdülür. Sadəcə, həmişə belə olmayacaq, Rusiya regionda çox aqressivləşəcək, Kremldən, ümumiyyətlə, xaricdən gələ biləcək basqıları neytrallaşdırmaq üçün mütləq normal parlamentə, güclü sivil topluma, hətta koalision hökumətə ehtiyac yaranacaq. İqtidar bunu nə qədər tez anlasa, bir o qədər dövlətimizə xeyirdir. Yaxın 5 ildə ən böyük hədəfimiz Rusiya əsgərini ölkə ərazisindən çıxarmaqdır, bu, bizim müstəqillik, dövlətçilik məsələmizdir, olmazsa-olmazdır...”

Tarix: 11 Aprel 2021, 12:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin