BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Qırğız Respublikasında referendum baş tutub, prezident üsul idarəsinə keçiləcək

Qırğız Respublikasında referendum baş tutub.

 

Hazırda seçki qutularının 82 faizindən daxil olan məlumatlara əsasən, referendumda seçici fəallığı 31 faiz təşkil edir.

 

Seçici fəallığı 30 faizi keçdiyi üçün referendum avtomatik baş tutmuş sayılır.

 

Qeyd edək ki, qanunvericiliyə əsasən, əgər ölkə üzrə 3,6 milyon seçicinin 30 faizindən çoxu səsvermədə iştirak edərsə, referendum baş tutmuş sayılır.

 

Konstitusiyaya təklif edilən dəyişiklik Prezidentin səlahiyyətinin artırılmasını, parlamentin səlahiyyətinin azaldılmasını və deputatların sayının 120-dən 90-na endirilməsini nəzərdə tutur. Konstitusiyaya dəyişiklik qəbul edilərsə, Prezident hökumət üzərində tam nəzarətə sahib olacaq, nazirləri vəzifəyə təyin və vəzifədən azad edəcək. Başqa sözlə, Qırğız Respublikası prezident-parlament üsul idarəsindən prezident üsul idarəsinə keçəcək.

Tarix: 11 Aprel 2021, 19:47   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin