BURADA REKLAMINIZ OLA
BİLƏR

Ata Abdullayevin deputatlığa namizədliyi qeydə alındı

Özünü bloqer kimi təqdim edən Ata Abdullayevin 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyi qeydə alınıb.

 

Pravda.az-ın xəbərinə görə, A.Abdullayev namizədliyini öz təşəbbüsü ilə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən irəli sürüb.

 

Hazırda seçki dairəsinin deputatı Ziyad Səmədzadədir.

 

O, növbəti dəfə də həmin seçki dairəsindən deputatlığa namizəddir.

 

Yeni Azərbaycan Partiyası 23 saylı Nəsimi-Səbail seçki dairəsindən Rəhimov Elnur Fidail oğlunun namizədliyini irəli sürüb.

 

Həmin seçki dairəsindən Zaur Darab-zadə, Taleh Şahsuvarov da deputatlığa namizəddir.

Tarix: 16 Yanvar 2020, 07:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin