SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib. Azərbaycan İnvestisiya Holdinqindən Pravda.az-a verilən məlumata görə, İclasda Azərbaycan Respublikası Prezidentinin şirkətlə bağlı verdiyi tapşırıqların icra vəziyyəti müzakirə olunub.
Müşahidə Şurasının sədri Mikayıl Cabbarov vurğulayıb ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Müşahidə Şurası SOCAR-ın funksionallığını daha da artırmaq istiqamətində fəaliyyət göstərir. Şura qabaqcıl təcrübə və idarəetmə tələbləri çərçivəsində Dövlət Neft Şirkətinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, idarə olunmasının müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi üçün şirkətin İdarə Heyəti ilə əməkdaşlıq müstəvisində müvafiq addımlar atır. Dövlət başçısının Fərmanına əsasən, Müşahidə Şurası şirkətin uzunmüddətli inkişaf strategiyasının müəyyən olunması istiqamətində işləri davam etdirir.
İclasda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və İdarə Heyətinin üzvləri şirkətin 2020-ci il üzrə audit olunmamış, konsolidə edilmiş maliyyə nəticələrini təqdim ediblər.