BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı Almaniyada məscidə hücum etdi – “Bura iblislərin yeridir”

Azərbaycan əsilli kişi Almaniyada məscidə hücum çəkib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Nürnberq şəhərində baş verib. Səhər saatlarında Eyüp Sultan məscidinə girən adı açıqlanmayan şəxs “Bura iblislərin yeridir, siz şeytansınız”, deyərək əlindəki dəmir dəyənəklə ətrafa hücum çəkərək "Şəhid Sərhad Öndər" Tədris Mərkəzinin lövhəsini qırıb.

 

Hadisə yerinə çağırılan polis dəyənəkli şəxsi qandallayaraq aparıb.

 

Məscidin imamı Ergün Çelik hücum edən şəxsin üçüncü dəfədir ki, buraya gələrək insanları təhqir etdiyini deyib: “Bu şəxs iki ayda üçüncü dəfədir ki, məscidə basqın edir. Əlindəki dəyənəklə bizə hücum etdi. Məscidi iblis yeri, müsəlmanları şeytan adlandırdı”.

Fotoları təqdim edirik
Tarix: 16 Yanvar 2020, 09:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin