BURADA REKLAMINIZ OLA
BİLƏR

Poroşenko “Bayraktar”ları Donbassa gətirməyi təklif etdi

Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko Donbass bölgəsinə “Bayraktar” PUA-larının cəlb olunmalı olduğunu bildirib.

 

Pravda.az xəbər verir ki, keçmiş Prezident Donbassda gərginləşmə fonunda Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) iclasını çağırmağın vacibliyini vurğulayıb və bu istiqamətdə bölgəyə ABŞ-dan Türkiyə pilotsuz təyyarələrinin və tank əleyhinə raket sistemlərinin idxalı daxil olmaqla “tamamilə aydın planlar”ın olduğunu qeyd edib.

 

“Əminik ki, təcavüzkarın hücuma keçəcəyi təqdirdə cavabın həlledici olacağına şübhə etməməsi üçün mənim dövrümdə alınan “Bayraktar” zərbə PUA-larını ortaq qüvvələr əməliyyat zonasına gətirmək lazımdır”,-deyə Poroşenko qeyd edib.

Tarix: 12 Aprel 2021, 16:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin