BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yeni özündənrazıların bir çoxu keçmiş reket qəzetlərdən “yeni mediaya” transfer olunublar”

"Bu özünü “yeni media”, “peşəkar jurnalist” adlandıran bəzi sayt əməkdaşlarına bir inşa, lap elə, bir imla yazdıran lazımdır ki, görək hələ cümlənin baş-ayağından, dilin qayda-qanunlarından düz-əməlli xəbərləri varmı? Hər fürsətdə özünü gözə soxan, hər yerdə başa keçməyə çalışan bu yeni özündənrazıların bir çoxu keçmiş reket qəzetlərdən “yeni mediaya” transfer olunublar".

 

Pravda.az xəbər verir ki, bunu "525-ci qəzet"in Baş redaktoru Rəşad Məcid deyib.

 

O bildirib ki, işğaldan azad olunmuş bölgələrə canfəşanlıqla səfər edən belə “jurnalistlərin” bu barədə hansısa normal bir yazısını, təəssüratını kimsə xatırlamır:

 

"Hələ bir durub da redaktorlara rişxənd edirlər. Halbuki təkcə Ağdam səfərindən media rəhbərləri nə qədər səviyyəli yazılar yazdı. Belə yazılardan birini də iddiası yerə-göyə sığmayan o “jurnalistlər” yazıb ortaya çıxaraydılar də. Yoxsa boşuna hay-küy salmaqla, stəkanda firtına yaratmaqla, İP yğımaq xatirinə eşitdiyin hər xəbəri dürüstlüyünü dəqiqləşdirmədən, ala-çiy, başayaq cümlələrlə qoparaq sayta yerləşdirməklə deyil ki. Ara qarışıb, məzhəb itəndə, xaos yarananda həqiqi dəyərlər də yoxa çıxır. Amma gedişatını nə qədər ləngitməyə, yolunu dəyişməyə çalışssalar da, Zaman elə Zamandır: yağı yağ, ayranı ayran edən hökmünu bir gün mütləq verir".

Tarix: 12 Aprel 2021, 20:17   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin